Modern.az

Belçikada əməliyyatda süni intellektdən istifadə olunub

Belçikada əməliyyatda süni intellektdən istifadə olunub

Dünya

Bu gün, 03:52
Belçikanın Gent şəhərində keçirilən cərrahi tədbirdə robotik əməliyyat zamanı cərraha real vaxt rejimində dəstək verən səs ilə idarə olunan süni intellekt sistemi təqdim edilib.

Modern.az xəbər verir ki, “AI co-pilot” adlanan sistem Belçikada fəaliyyət göstərən Orsi Academynin törəmə şirkəti tərəfindən hazırlanıb. Sistem əməliyyat zamanı tibbi görüntü və məlumatları analiz edərək cərraha anlıq informasiya təqdim edir.

Bildirilir ki, həkimlər konsoldan ayrılmadan səsli əmrlərlə görüntüləri aça, məlumatlar arasında keçid edə və əlavə informasiya ala bilirlər. Süni intellekt həmçinin əməliyyatın mərhələsini müəyyən edərək uyğun görüntüləri avtomatik seçə bilir.

Qeyd olunur ki, sistem birbaşa tibbi qərar vermir, yalnız cərraha dəstək məqsədi daşıyır və geniş klinik tətbiqi üçün əlavə təsdiq mərhələləri tələb olunur. (TRT Haber)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var