XameneininXameneinin öldürülməsinə fərqli ölkələrin və təşkilatların nümayəndələrindən reaksiya gəlib.
Modern.az həmin reaksiyaları təqdim edir:
Azərbaycan Prezidenti İlham Əliyev: "Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynamış, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tutmuş şəxsiyyət olmuşdur. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayırıq".
ABŞ Prezidenti Donald Trump: “Tarixin ən pis insanlarından biri olan Xamenei öldü. İran daha əvvəl heç etmədiyi qədər sərt hücum edəcəyini bildirib, amma məncə, etməməlidir. Çünki edərsə, biz də bundan əvvəl görülməmiş güclü qarşılıq verəcəyik.”
İran Prezidenti Masud Pezeşkian: “Xameneiyə qarşı suiqəsd səbəbindən intiqam və misli cavab vermək bizim qanuni haqqımızdır.”
İsrail Baş Naziri Binyamin Netanyahu: “Terror rejiminin minlərlə hədəfini vuracağıq. İran xalqı üçün zəruri şərait yaradacağıq. Yardım gəldi. Milyonlarla insan küçələrə çıxsın və bu işi bitirsin. Həyatınızı zəhərləyən bu dəhşətli rejimi dəyişin”.
İran Milli Təhlükəsizlik Şurasının Katibi Ali Laricani: “İran tarixi boyunca bundan daha pis hadisələrlə üzləşib. ABŞ və İsrail Xameneinin ölümünə səbəb olaraq İran xalqının qəlbini yandırdı, biz də onların qəlbini yandıracağıq.”
Rusiya Prezidenti Vladimir Putin: “Xameneinin ölümü insan əxlaqını və beynəlxalq hüququ pozan alçaq bir qətldir.”
ABŞ Müdafiə naziri Pete Hegseth: “Bu müharibəni biz başlamadıq, amma bitirəcəyik. Dünyanın hər yerində Amerikalılara hücum etsəniz və ya onları təhdid etsəniz, sizi tapıb məhv edəcəyik.”
BMT Baş katibi Antonio Guterres: “İrana müdaxilə bölgədə idarəolunmaz hadisələri alovlandırmaq riski daşıyır. Bütün tərəfləri dərhal danışıqlar masasına qayıtmağa çağırıram.”
Kremlin: “Xameneiyə qarşı suiqəsd bütün insan əxlaq normalarını və beynəlxalq hüququn utancverici şəkildə pozulmasıdır.”
Rusiya BMT-də Daimi Nümayəndəsi Vassily Nebenzia: “Daha əvvəl xəbərdarlıq etdiyimiz kimi, ABŞ və İsrailin məsuliyyətsiz və sərt addımları bölgədə vəziyyəti kəskin şəkildə gərginləşdirir”.
Çin BMT-də Daimi Nümayəndəsi Fu Çong: “Çin, daha çox gərginliyin qarşısını almaq üçün hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edir”.