Modern.az

İraqın Ərbil Hava Limanında PARTLAYIŞ 

İraqın Ərbil Hava Limanında PARTLAYIŞ 

Dünya

Bu gün, 22:05

ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlara cavab olaraq İranın bölgədəki ABŞ hədəflərinə zərbələr endirdiyi bildirilir.

Modern.az xəbər verir ki, İran Ərbil Beynəlxalq Hava Limanında yerləşən ABŞ hərbi bazasını vurub.

Bazada güclü partlayış baş verdiyi və ərazidən tüstü qalxdığı müşahidə olunub. Eyni zamanda Ərbil səmasında aşkarlanan pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlaması gözlənilir. (HaberGlobal)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər