Modern.az

Xameneinin ölümü və hücumlar Aİ-ni narahat edir

Xameneinin ölümü və hücumlar Aİ-ni narahat edir

Dünya

1 Mart 2026, 22:31

Avropa İttifaqına (Aİ) üzv 27 ölkənin xarici işlər nazirləri İranla bağlı son hadisələri müzakirə etmək üçün onlayn formatda fövqəladə iclas keçirib.

Modern.az xəbər verir ki, görüşə Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas sədrlik edib.

Nazirlər ABŞ və İsrailin İrana hücumlarını, eləcə də İran lideri Əli Xameneinin öldürülməsi ilə bağlı vəziyyəti dəyərləndirərək, Avropanın ortaq mövqeyini müəyyənləşdirməyə çalışıblar. Toplantıda enerji bazarları, regional sabitlik və bölgədə olan Aİ vətəndaşlarının təhlükəsizliyi məsələləri də müzakirə olunub.

İclasdan öncə Aİ ölkələrinin səfirləri (COREPER) də bir araya gələrək gərginliyin azaldılmasına çağırış ediblər. Sabah isə Ursula von der Leyen rəhbərliyi ilə Aİ Komissiyasında xüsusi təhlükəsizlik iclasının keçirilməsi planlaşdırılır.

Aİ rəhbərliyi indiyədək etdiyi açıqlamalarda tərəfləri təmkinə dəvət edib və İranda sabit keçid prosesinin vacibliyini vurğulayıb. (TRT Haber)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər