Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirliyini bağlayaraq bütün diplomatik heyətini geri çəkdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, BƏƏ bu qərarı İranın hücumları səbəbindən qəbul edib.
Bildirilib ki, İran BƏƏ-də məskunlaşma sahələri, hava limanları, limanlar və xidmət obyektləri daxil olmaqla sivil obyektlərə hücumlar həyata keçirib. Bu hücumlar sivillərin həyatını təhlükəyə ataraq məsuliyyətsiz bir gərginliyə səbəb olub.
İranın hücumlarının BƏƏ-nin milli suverenliyini açıq şəkildə pozduğu, beynəlxalq hüquq və BMT Nizamnaməsinə zidd olduğu vurğulanıb.
BƏƏ-nin diplomatlarını geri çəkməsi qərarı, dövlətin təhlükəsizliyini və suverenliyini təhdid edən hər hansı bir aqressiyanı rədd etmək mövqeyinin qəti və sarsılmaz göstəricisidir.