Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın Ali Lideri Əli Xameneinin hücum nəticəsində həyatını itirməsi ilə bağlı başsağlığı verib.
Modern.az xəbər verir ki, Ərdoğan öz sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib:
"Cənab Xameneiyə Allahdan rəhmət, qardaş İran xalqına ölkəm və millətim adından dərin hüznlə başsağlığımı çatdırıram."
Türkiyə lideri həmçinin regiondakı hadisələrə toxunaraq, İran xalqı və bütün dost-qardaş xalqların yenidən sülh və sabitliyə qovuşmasının vacibliyini vurğulayıb. O bildirib ki, Türkiyə münaqişə mühitinin sona çatması və diplomatiyaya dönüş üçün qətiyyətlə fəaliyyətini davam etdirəcək.