İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin müdafiə naziri, general-leytenant Əziz Nəsirzadənin ABŞ və İsrailin zərbəsi nəticəsində həlak olduğunu təsdiqləyib.
Modern.az xəbər verir ki, məlumatda bildirilir:
"Bu görkəmli müdafiə xadiminin vəfatı silahlı qüvvələrin böyük ailəsi və İran xalqı üçün böyük itkidir. Lakin onun fədakarlığı milli birliyi gücləndirəcək, genişmiqyaslı müdafiə proqramlarının həyata keçirilməsini sürətləndirəcək və ölkənin ali milli maraqlarının qorunması yolunda strateji iradəni daha da möhkəmləndirəcək".
Xəbər İranın dövlət teleradio şirkəti tərəfindən yayımlanıb.