İsraildə fövqəladə vəziyyət 12 mart tarixinə qədər uzadılacaq.
Modern.az xəbər verir ki, bu barədə İsrailin "12"ci kanalı məlumat yayıb.
Bildirilir ki, hökumət qərarı telefon səsverməsi yolu ilə təsdiqləyib.
Fövqəladə vəziyyət ölkədə 28 fevral tarixində, İrana qarşı hərbi əməliyyatın ilk saatlarında elan olunmuşdu.