Almaniya, Fransa və Britaniya liderləri İranı Yaxın Şərqdə müttəfiqlərinə hücumları davam etdirməməyə çağıraraq hərbi əməliyyatlarla hədələyiblər.
Modern.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılan birgə bəyanatda bildirilib.
Bəyanatda deyilir: "Biz İranı hücumlarını dərhal dayandırmağa çağırırıq və öz maraqlarımızı, həmçinin regiondakı müttəfiqlərimizin maraqlarını qorumaq üçün lazımi tədbirləri görəcəyik. Bu, ehtiyac yarandıqda İranın raket və dronlarına qarşı mütənasib hərbi müdafiə tədbirlərini əhatə edə bilər. ABŞ və onun regiondakı müttəfiqləri ilə əməkdaşlıq etmək barədə razılığa gəldik".
Avropa üçlüyünün liderləri İranın bölgədəki hədəflərə, o cümlədən ABŞ və İsrailin ilkin əməliyyatlarında iştirak etməyən bəzi ərazilərə raket zərbələrindən şoka düşdüyünü vurğulayıb.