Modern.az

İran Ayətullahları - Onlardan 82-si sağdır

İran Ayətullahları - Onlardan 82-si sağdır

Dünya

Bu gün, 14:38

İranda son günlər baş verən hadisələr Yaxın Şərqdə geosiyasi tarazlığı ciddi şəkildə sarsıdıb. ABŞ və İsrailin İran ərazisinə endirdiyi genişmiqyaslı hava zərbələri nəticəsində ölkənin bir sıra hərbi və strateji obyektlərinin hədəfə alındığı bildirilib. Hücumların əsas məqsədinin biri İranın Ali Lideri Ayətullah Əli Xameneinin öldürülməsi olub.

Məlumatlara görə, Xamenei bir müddət əvvəl mümkün siyasi və təhlükəsizlik risklərini nəzərə alaraq özünə varis də müəyyənləşdirmişdi. Hazırda ali rəhbərlik postuna müvəqqəti olaraq Əlirza Ərafi keçib. Xarici KİV-in iddialarına əsasən, ABŞ və İsrailin yalnız Xameneini deyil, onun yerinə gələn və ya gəlməsi ehtimal olunan digər yüksək rütbəli ruhani şəxsləri də hədəfə ala biləcəyi barədə məlumatlar yayılıb. 

Belə bir mürəkkəb və həssas geosiyasi kontekstdə İranın ali dini iyerarxiyası, xüsusilə də Ayətullah rütbəsi yenidən diqqət mərkəzinə düşüb. Qeyd etmək vacibdir ki, dünyada Ayətullah dini rütbəsinə sahib olan şəxslərin tam və rəsmi şəkildə təsdiqlənmiş vahid siyahısı mövcud deyil. Müxtəlif dini mərkəzlər, elmi hövzələr və araşdırma institutları tərəfindən qismən siyahılar tərtib edilib, lakin bunlar vahid və universal mənbə hesab olunmur. Bəzi mənbələrdə onların sayının 500-dən çox, bəzilərində isə 100-ə yaxın olduğu deyilir. 

Ayətullah titulu yüksək rütbəli On İki İmamçı Üsuli məzhəbinə mənsub şiə ruhanilərinə verilən dini dərəcədir. Termin mənaca “Allahın nişanəsi” deməkdir və bu titul yalnız fiqh, üsul və dini elmlər sahəsində yüksək elmi səviyyəyə, ictihad qabiliyyətinə malik olan alimlərə verilir. Ayətullah dərəcəsinə çatmaq üçün uzun illər dini təhsil, elmi müzakirələrdə iştirak və müstəqil hüquqi-dini rəy vermək səlahiyyəti tələb olunur.

Bu rütbə iyerarxik baxımdan Hüccətül-İslam dərəcəsindən daha yüksəkdir. Ondan sonrakı və ən ali ruhani mərtəbə isə Mərcə (təqlid mərcəyi) kimi də tanınan Böyük Ayətullah tituludur. Böyük Ayətullahlar yalnız elmi nüfuzlarına görə deyil, həm də milyonlarla inanclının dini məsələlərdə onlara təqlid etməsi ilə fərqlənirlər.

Modern.az xəbər verir ki, bir çox mənbələrə görə, hazırda sağ olan Ayətullah dini rütbəsinə sahib 82 din xadimi var, onlardan 67-si İranda yaşayır. 

İranda yaşayan Ayətullah rütbəsini daşıyan ən görünən din xadimi hazırda müvəqqəti olaraq Əli Xameninin vəzifələrini daşıyan Əlirza Ərafidir. O, Yəzd vilayətinin Maybod şəhərində anadan olub, atası Məhəmməd İbrahim Ərafinin din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olduğu qeyd edilir, anası isə Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub. İran İnqilabından illər əvvəl Əlirza Ərafi İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun 67 yaşı var. 

100 yaşlı Ayətullah Məhəmməd Bağeri 1926-cı ildə Tehranın Kan bölgəsində anadan olub. O, Əli Bağerinin atası və Məhəmməd Rza Məhəddəvi Kəninin böyük qardaşıdır.
Qum Ruhani Elmlər Hövzəsində təhsil aldığı dövrdə İslam hüququ (fiqh) və Quranın təfsiri sahəsində dərsləri Ruhullah Xomeyni, Hüseyn Bürucerdi, Məhəmməd Hüseyn Təbatəbai və Məhəmməd Rza Gülpayqani kimi nüfuzlu alimlərdən alıb.
O, həmçinin 2014-cü ilin dekabrından 2015-ci ilin sentyabrınadək İmam Sadiq Universitetinin rəhbəri vəzifəsində çalışıb.

Ayətullah Əhməd Cənnəti 1927-ci ildə İranda dünyaya gəlib. O, 1992-ci ildən etibarən Nəzarətçilər Şurasının katibi vəzifəsində çalışır. Daha əvvəl 2016–2024-cü illərdə Ekspertlər Məclisinin beşinci sədri olub. Prinsipçilər düşərgəsinə mənsub olan Cənnəti sərt mühafizəkar mövqeyi ilə tanınır; o, dünyəviliyə qarşı çıxışı və LGBT icmasına qarşı ritorikası ilə seçilir. Cənnəti 1980-ci ildən Nəzarətçilər Şurasının üzvüdür və 1992-ci ildən quruma rəhbərlik edir. 2016-cı ildə ölkənin ali dini liderini seçmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinin sədri seçilib. O, 2022-ci ildə əvvəlki vəzifəsinə yenidən təyin olunub, 2023-cü ildə isə Nəzarətçilər Şurasının sədri postuna yenidən təsdiqlənib.

Ayətullah Seyid Əli Əkbər Qureyşi 1928-ci ildə Şərqi Azərbaycan vilayətinin Bonab şəhərində anadan olub. O, iranlı şiə ruhani, müəllif və siyasətçidir. Qureyşi Qərbi Azərbaycan seçki dairəsindən Ekspertlər Məclisinin 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı çağırışlarının üzvü olub. O, seçkilərdə 549 011 səs toplayaraq mandat qazanıb.
Mahmud Əhmədinejad tərəfindən ona “Tədqiqat Emblemi” mükafatı təqdim edilib.
Onun oğlu Mehdi Qureyşi Qərbi Azərbaycanda Ali Rəhbərin nümayəndəsi və Urmiya şəhərinin cümə namazı imamıdır.

Seyid Əhməd Ələmülhüda 1944-cü ildə Məşhəddə doğulan iranlı şiə islam ruhani xadimidir. O, müxtəlif mənbələrdə “yüksək rütbəli”, “ultra-mühafizəkar” və “radikal xətt tərəfdarı” kimi xarakterizə olunub. Onun dini rütbəsi bəzi mənbələrdə Hüccətülislam, digərlərində isə Ayətullah kimi göstərilir.

Ələmülhüda İranın Məşhəd şəhərində cümə namazının imamıdır və eyni zamanda həmin şəhərin İran Ekspertlər Məclisində nümayəndəsidir. O, Mübariz Ruhani Cəmiyyətinin üzvüdür.

Ələmülhüdanın adı 30 dekabr 2009-cu ildə İslam rejiminə dəstək məqsədilə keçirilən mitinqdə çıxışı zamanı beynəlxalq mediada yer alıb. İran dövlət televiziyası vasitəsilə yayımlanan çıxışında o, Ali Rəhbər Əli Xameneiyə qarşı çıxanları tənqid edərək belə deyib:

“Qurana görə rəhbərin düşmənləri şeytanın tərəfdarlarıdır... Bizim dünyadakı müharibəmiz ali rəhbərliyin hakimiyyətinə qarşı çıxanlara qarşı müharibədir”.

Seyid Hüseyn Musəvi Təbrizi 1947-ci ildə Təbrizdə anadan olub. O, iranlı şiə müctəhidi, yazıçı, tədqiqatçı, hakim və siyasətçidir. Qum Ruhani Elmlər Hövzəsində ali səviyyədə dərs deyən professor kimi fəaliyyət göstərir.
Musəvi Təbrizinin tutduğu əsas siyasi vəzifələrə Qum Ruhani Elmlər Hövzəsi Alimləri və Tədqiqatçıları Assambleyasının katibi, İran Siyasi Partiyalar Evinin rəhbəri və İslahatçıların Ümumi Koalisiyasının sədr müavini vəzifələri daxildir.

O xüsusilə 1981-ci ildə Tehran Bəhailərinin Yerli Ruhani Assambleyasının üzvlərinə çıxarılan ölüm hökmlərini imzalaması ilə tanınır. Həmin şəxslər oğurlanmış, işgəncələrə məruz qalmış və dini mənsubiyyətlərinə görə edam edilmişdilər.

2004-cü ildə o, islahatçı siyasi partiya olan Qum Ruhani Elmlər Hövzəsi Alimləri və Tədqiqatçıları Assambleyasının ikinci baş katibi seçilib.

Əslən azərbaycanlı olan Ayətullah Muhəmməd Təqi Purmohammadi 1956-cı ildə İranın Şərqi Azərbaycan vilayətinin Marand şəhərində anadan olub. O, iranlı şiə müsəlman ruhani və siyasətçidir. Purmohammadi İranın ali dini liderini seçmək, nəzarət etmək və potensial olaraq vəzifədən azad etmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinin 4-cü, 5-ci və 6-cı çağırışlarının Şərqi Azərbaycan seçki dairəsindən seçilmiş üzvüdür. O, 4-cü çağırışda 359 839 səs toplayaraq mandat qazanıb. Bu toplanan ən çox səslərdən biri idi. 

Qeyd edək ki, siyahıda olan Ayətullahların 16-sı İraqda doğulub, onlardan biri Böyük Britaniyada, 6-sı isə İranda, 1-i isə Livanda yaşayır. 

Ümumilikdə Ayətullahların 2-si Pakitanda, 2-si Böyük Bristaniyada, 1-i isə hazırda ABŞ və Nigeriyada, yaşayır. Həmçinin bu ali titiulu alan şəxlərin 3-ü Hindistanda doğulub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama