Beynəlxalq Atom Enerjisi Agentliyi İran rəsmiləri ilə əlaqə qurmağa cəhd edir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə tənzimləmə orqanları ilə özünün insidentlər mərkəzi vasitəsilə əlaqə saxlamağa çalışır.
Məlumata görə, danışıqlar mümkün olmayıb.
Həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyi İranın hər hansı nüvə obyektinin hücuma məruz qaldığına dair xəbəri təsdiqləmir.
Agentlik bildirib ki, İranla qonşu olan ölkələrdə radiasiya səviyyəsinin artması qeydə alınmayıb.