Modern.az

İrəvan Tehrana dəstək verdi

İrəvan Tehrana dəstək verdi

Dünya

Bu gün, 13:40

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əqarçıya zəng edib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, telefon zəngi zamanı Mirzoyan ABŞ və İsrailin hücumları nəticəsində Ali Rəhbər Xameneinin və digər iranlıların ölümü ilə bağlı başsağlığı verib.

Erməni nazir İrəvanın İrana istənilən humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Bu barədə İranın Ermənistandakı səfirliyi sosial mediada məlumat verib. Mirzoyan həmçinin vəziyyətin diplomatik yolla həll olunacağına ümid edib.

Araqçi öz növbəsində İrana qarşı tammiqyaslı müharibə elan edildiyini bildirib. O, əlavə edib ki, İran özünü müdafiə edəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama