Modern.az

Omanda neft tankeri vuruldu, ölən var

Omanda neft tankeri vuruldu, ölən var

Dünya

Bu gün, 14:53

Oman sahillərində neft tankerinə pilotsuz qayıq vasitəsilə hücum olunub. Hadisə Maskat sahillərindən 52 dəniz mili məsafədə qeydə alınıb.

Modern.az Əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, hücum tanker Omanın ərazi sularından keçərkən baş verib.

Aidiyyəti qurumlar dərhal araşdırmalara başlayıb və gəmi heyətinin təhlükəsizliyinin təmin olunması, həmçinin dəniz naviqasiyasının qorunması istiqamətində zəruri tədbirlər görülür.

Məlumatda bildirilir ki, “MKV VYOM” tipli pilotsuz qayıqla həyata keçirilən hücum nəticəsində tankerin mühərrik bölməsində partlayış baş verib və yanğın qeydə alınıb. Gəmi heyətindən 1 nəfər həlak olub. Hadisənin təfərrüatları araşdırılır.

Sizə yeni x var
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama