ABŞ qüvvələri Iranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlıq və idarəetmə məntəqələrini məhv edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının məlumatında bildirilib.
Hesabatda qeyd olunur ki, bundan əlavə, İranın hava hücumundan müdafiə sistemləri, raket və pilotsuz təyyarə buraxılış qurğuları və hərbi aerodromlar sıradan çıxarılıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevraldan bəri İran ərazisinə hücum edərək dağıntılara və insan tələfatına səbəb olublar. Cavab olaraq, İran İsrailə və bölgədəki ABŞ hərbi bazalarına raket zərbələri endirib. İsrail-ABŞ hücumunda İranın Ali Lideri Ayətullah Əli Seyid Xamenei və digər yüksək vəzifəli şəxslər də öldürülüb.
Martın 2-də “Hizbullah” da İsrailə qarşı müharibəyə qoşulub. İsrail hərəkata qarşı hücumun başladığını elan edib.