ABŞ Prezidenti Donald Tramp özünəməxsus "Truth Social" sosial şəbəkəsi üzərindən İranla danışıqların gələcəyi barədə paylaşım edib.
Modern.az xəbər verir ki, Tramp İranla danışıqlar aparmaq üçün artıq gec olduğunu bildirib.
"Onların hava hücumundan müdafiə sistemləri, hava qüvvələri, donanması və rəhbərliyi məhv edilib. Onlar danışıq istəyirlər. Mən isə dedim ki, çox gecdir!",-Tramp qeyd edib.
Xatırladaq ki, fevralın 28-dən bəri ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.