Modern.az

“İranda rejimi dəyişmək çətin olacaq” - MKİ-nun eks-direktoru

“İranda rejimi dəyişmək çətin olacaq” - MKİ-nun eks-direktoru

Dünya

Bu gün, 17:25

"İranda rejimin zorla dəyişdirilməsi çətin olacaq, lakin ABŞ hazırkı əməliyyat zamanı yenə də əhəmiyyətli nəticələr əldə edəcək"

Modern.az xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Devid Petreus BBC-yə müsahibəsində bildirib.

"Problem ondadır ki, rejimin təhlükəsizlik qüvvələrinin yüz minlərlə silahlı və mütəşəkkil üzvü hələ də oradadırsa, ölkəyə nəzarəti ələ keçirmək olduqca çətindir", - o deyib.

Petreus həmçinin qeyd edib ki, ABŞ prezidenti Donald Tramp artıq İranda quru əməliyyatının olmayacağını açıq şəkildə bildirib.

O, əlavə edib ki, "İranda rejim dəyişikliyi olmadan belə, ABŞ mühüm məqsədlərə çatacaq".

David Petreus İraq və Əfqanıstanda ABŞ və NATO qüvvələrinə komandanlıq edib və 2011-ci ildən 2012-ci ilə qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsində çalışıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada