Modern.az

Ukraynada seçkilər nə vaxt olacaq? – Zelenskidən AÇIQLAMA

Ukraynada seçkilər nə vaxt olacaq? – Zelenskidən AÇIQLAMA

Dünya

Bu gün, 18:55

Ukrayna Prezidenti Volodimir Zelenski növbəti prezident seçkiləri ilə bağlı mövqeyinə aydınlıq gətirib.

Modern.az xəbər verir ki, Prezident Ofisi bildirib ki, Zelenskinin Corriere della Sera nəşrinə müsahibəsi daha çox seçkilərin keçirilmə şərtləri ilə bağlı olub.

Zelenski qeyd edib ki, seçkilər yalnız müharibə başa çatdıqdan sonra keçirilməlidir, müvəqqəti atəşkəs dövründə deyil. O, ikinci müddətə namizəd olub-olmayacağı barədə isə qərarı ukraynalıların iradəsinə uyğun verəcəyini bildirib.

Prezident həmçinin təhlükəsizlik təmin olunacağı təqdirdə ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu vurğulayıb. (UNN)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada