Martın 3-də İranın Qum şəhərində yerləşən və ölkənin ali rəhbərini seçən Ekspertlər Şurasının ofisinə zərbə endirilib.
Modern.az xəbər verir ki, bununla bağlı məlumatı "Tasnim" agentliyi yayıb.
Bildirilib ki, ABŞ və İsrail qüvvələri binanı hədəf alıblar. Qeyd olunur ki, ötən gecə Tehranda da Ekspertlər Şurasının ərazisi ABŞ və İsrail hərbi təyyarələrinin hücumuna məruz qalmışdı.