İsrail Ordusu Tehran yaxınlığında yerləşən məxfi nüvə obyektinə zərbə endirdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.
“Bir neçə saat əvvəl Minzadəhi bazasına zərbə endirdik. Orada nüvə silahı hazırlamağa çalışan alimlər fəaliyyət göstərirdi,” – o, brifinqdə bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İranın şəhərlərinə hava zərbələri endirərək hərbi əməliyyata başlayıblar. İran cavab olaraq İsrail ərazisinə raketlər atıb və ABŞ-ın bir sıra Yaxın Şərqdəki hərbi bazalarına da hücum həyata keçirib.