İranın sonuncu şahının dul xanımı Fərəh Pəhləvi ölkədəki son proseslərlə bağlı açıqlama verib.
Modern.az xəbər verir ki, AFP agentliyi onun fikirlərini yayıb.
Pəhləvi bildirib ki, İranın ali lideri Əli Xameneinin zərərsizləşdirilməsi “tarixi əhəmiyyət daşıyan” hadisədir. Bununla belə, o vurğulayıb ki, bu addım mövcud siyasi sistemin avtomatik olaraq süqutu demək deyil.
1979-cu il İslam inqilabından sonra Fransada yaşayan Fərəh Pəhləvi qeyd edib ki, hakimiyyətin əsas fiqurunun aradan çıxarılması sistemin dərhal dağılması anlamına gəlmir. Onun sözlərinə görə, əsas məsələ İran xalqının qanunun aliliyinə əsaslanan dövlət modelinə sülh yolu ilə keçid ətrafında bir araya gəlməsidir.
O, həmçinin əlavə edib ki, oğlu Rza Pəhləvi bu mərhələyə hazırlaşır.