Fransa Kiprə hava hücumundan müdafiə sistemləri və freqat göndərir, həmçinin “Şarl de Qoll” aviadaşıyıcısını və zərbə qrupunu Şərqi Aralıq dənizinə yenidən yerləşdirir.
Modern.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib. Onun sözlərinə görə, qərar İranın bölgəyə endirdiyi pilotsuz təyyarə zərbələrindən sonra yaranmış gərginlik fonunda qəbul edilib.
Makron bildirib ki, əlavə hərbi qüvvələrin yerləşdirilməsi regional təhlükəsizliyin gücləndirilməsinə xidmət edir. Fransa tərəfi vəziyyəti yaxından izlədiyini və müttəfiqlərlə koordinasiyalı şəkildə hərəkət etdiyini vurğulayıb.