Modern.az xəbər verir ki, o, bu fikri Ramazan ayı münasibətilə keçirilən iftar süfrəsində çıxışı zamanı səsləndirib.
“Dünyamız kobud gücün tətbiq olunduğu və güc qanununun işlədiyi xaotik bir dövrə doğru sürətlə gedir. Bunu qonşumuz İranla bağlı baş verən prosesdə bir daha müşahidə edirik,” – Ərdoğan vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, Türkiyə regionla bağlı məsələlərdə heç vaxt neytral mövqe tutmayıb və hər zaman sülhün, sabitliyin, ədalətin və ümumbəşəri dəyərlərin tərəfində olub.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İran isə cavab olaraq İsrail və bölgədəki ABŞ obyektlərinə zərbələr endirib. İran dövlət mediası hücumlar nəticəsində ali lider Əli Xameneinin həlak olduğunu açıqlayıb. (TRT Haber)