ABŞ Prezidenti Donald Tramp ABŞ-ı İranla müharibəyə İsrailin sürüklədiyi barədə iddiaları təkzib edib.
Modern.az xəbər verir ki, Tramp bunu Almaniya kansleri Friedrich Merz ilə Oval Ofisdə görüşü zamanı jurnalistlərin suallarına cavab verərkən bildirib.
O vurğulayıb ki, ABŞ hücum etməsə idi ilk hücumu İran edəcəkdi. Tramp həmçinin bildirib ki, İsrail hücuma hazır idi və ABŞ tərəfindən həyata keçirilən zərbələr Tehranın hava müdafiəsi, donanması və digər silah sistemlərinə ciddi zərbə vurub.
ABŞ lideri əlavə edib ki, ölkənin silah ehtiyatlarında problem yoxdur və müharibədə istədikləri qədər orta və yüksək səviyyəli mərmi istifadə edə bilirlər.