Modern.az

Hakan Fidan: İranın strategiyası tamamilə yanlışdır

Hakan Fidan: İranın strategiyası tamamilə yanlışdır

Dünya

Bu gün, 02:59

Türkiyə Xarici İşlər Naziri Hakan Fidan İranla müharibə yalnız həmin ölkə ilə məhdudlaşmır və bölgənin bütün ölkələrinə yayıla biləcəyini deyib.

Modern.az xəbər verir ki, Fidan bu fikirləri canlı yayım proqramında səsləndirib.

O qeyd edib ki, İranın strategiyası bölgədəki ölkələrin enerji infrastrukturuna hücum etməkdir və bu, heç bir fərq qoymadan həyata keçirilir: “İranın ‘Mən batacamsa, bölgədəki digər ölkələri də batıraram’ anlayışı son dərəcə yanlış bir strategiyadır.”

Fidan əlavə edib ki, Türkiyə və Körfəz ölkələri müharibənin daha da pisləşməməsi üçün səylər göstərir və hücumdan bir saat əvvəl belə diplomatik cəhdlər davam edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranın yeni müdafiə naziri də öldürüldü - Gündəm Masada