Modern.az

İran Hörmüz boğazına tam nəzarət edir

İran Hörmüz boğazına tam nəzarət edir

Dünya

Bu gün, 09:03

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına tam nəzarət etdiyini açıqlayıb.

Modern.az Fars agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Məhəmməd Əkbərzadə bildirib.

Onun sözlərinə görə, İran tərəfi daha öncə boğazdan keçidin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Buna baxmayaraq, keçməyə cəhd edən 10 neft tankeri raketlər və pilotsuz uçuş aparatları ilə vurulub.

SEPAH nümayəndəsi hazırda Hörmüz boğazının İran qüvvələrinin tam nəzarəti altında olduğunu vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneini oğlu əvəzlədi - Pezeşkian 2-ci plana keçdi