ABŞ müharibədə həlak olan ilk əsgərlərin adlarını açıqladı.
Modern.az xəbər verir ki, ABŞ İranla müharibədə həlak olan ilk amerikalı əsgərlərin adlarını açıqlayıb. Tramp administrasiyası münaqişənin şiddətlənməsinin daha çox amerikalının həyatına son qoya biləcəyi barədə xəbərdarlıq edib.
Hazırda ölən altı ABŞ hərbçisindən dördü ABŞ Ordusunun Ehtiyat Qüvvələrinin Ayova ştatından olan bir hissəsinin üzvləri idi.
ABŞ ordusunun verdiyi məlumata görə, onlar bazar günü Küveytin Port Şuaiba şəhərində yerləşən ABŞ hərbi obyektinə pilotsuz uçuş aparatının (dronun) çırpılması nəticəsində həlak olublar.
Ordu həlak olan dörd hərbçinin adlarını belə açıqlayıb:
Kapitan Cody A. Khork, 35 yaş, Florida ştatının Winter Haven şəhərindən.
Baş çavuş (Serjant 1-ci dərəcə) Noah L. Tietjens, 42 yaş, Nebraska ştatının Bellevue şəhərindən.
Baş çavuş (Serjant 1-ci dərəcə) Nicole M. Amor, 39 yaş, Minnesota ştatının White Bear Lake şəhərindən.
Serjant Declan J. Coady, 20 yaş, Ayova ştatının West Des Moines şəhərindən. (Reuters)