Modern.az

Hakan Fidan Abbas Əraqçıyə ETİRAZ ETDİ

Hakan Fidan Abbas Əraqçıyə ETİRAZ ETDİ

Dünya

Bu gün, 16:59

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçı ilə İrandan Türkiyə istiqamətinə atılan ballistik raketin zərərsizləşdirilməsinə dair telefon danışığı aparıb.

Modern.az xəbər verir ki, Türkiyənin "Hürriyet" qəzetinin məlumatına görə, Fidan İranı münaqişəni gərginləşdirə biləcək addımlardan çəkinməyə çağırıb.

Daha əvvəl Türkiyə Müdafiə Nazirliyi İrandan Türkiyəyə doğru atılan ballistik raketin Aralıq dənizində NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyini bəyan etmişdi
Raket qalıqları cənubdakı Hatay əyalətinə düşüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var