"Hazırda Yaxın Şərqdə baş verən eskalasiya fonunda Ermənistan ilə Azərbaycan arasında əldə olunan razılaşmalar, eləcə də ABŞ ilə razılaşma ilə bağlı hər hansı risk yoxdur".
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib.
O xatırladıb ki, dünən keçirilən Təhlükəsizlik Şurasının iclasında bütün mümkün risklər müzakirə olunub:
“Biz vəziyyəti həm ümumilikdə, həm də ölkənin sərhədlərində izləyirik və müvafiq qurumlara lazımi tapşırıqlar veririk. Təhlükəsizlik Şurasının növbəti iclasından sonra əlavə məlumatın açıqlanması gözlənilir”, - deyə Ovannisyan qeyd edib.