Modern.az xəbər verir ki, bu barədə logistika nəhəngi Kühne+Nagel şirkətinin rəhbəri Ştefan Paul bildirib.
Onun sözlərinə görə, Dubayda təzə qida məhsullarının ehtiyatı cəmi 10 gün üçün kifayət edir.
Qeyd olunur ki, bəzi məhsulların Səudiyyə Ərəbistanı üzərindən quru yolu ilə ölkəyə gətirilməsi mümkün olsa da, bu, bir tərəfdən daha baha başa gələcək, digər tərəfdən isə idxaldan ciddi şəkildə asılı olan meqapolisin tələbatını tam qarşılaya bilməyəcək.
Məlumata görə, Dubayın ərzaq təminatını tam həcmdə ödəyə biləcək əsas logistik mərkəz yalnız dəniz limanları hesab olunur.