Modern.az

ABŞ-nin İranla qarşıdurmaya çəkdiyi XƏRC

ABŞ-nin İranla qarşıdurmaya çəkdiyi XƏRC

Dünya

6 Mart 2026, 16:10

İrana qarşı hərbi əməliyyatların ilk 100 saatı 3,7 milyard dollara və ya gündə 891,4 milyon dollara başa gəlib.

Modern.az xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi(CSIS) nəşri məlumat yayıb.

Bu xərclərin bəziləri artıq büdcələşdirilib. Xərclərin büdcələşdirilməyən hissəsi isə 3,5 milyard dollardır. Gələcək xərclər əsasən əməliyyatların intensivliyindən və İranın cavabının effektivliyindən asılı olacaq.

Xərclər üç kateqoriyaya bölünür: əməliyyat xərcləri,sursatın dəyişdirilməsi,döyüş itkilərinin kompensasiyası və infrastrukturun təmiri.

Əməliyyat xərcləri 196 milyon dollar olub ki, bunun yalnız 178 milyon dolları büdcələşdirilib, məbləğin qalan hissəsi isə büdcədə deyil.  Sursatın dəyişdirilməsi isə təxminən 3,1 milyard dollara başa gəlib. Döyüş itkilərinin kompensasiyası və infrastrukturun təmiri üçün isə təxminən 350 milyon dollar xərc çəkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada