İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bəzi ölkələrin regiondakı son hadisələrdə vasitəçilik etmək səylərinə cavab verib.
Modern.az xəbər verir ki, Prezident X sosial şəbəkəsində yazdığı mesajda bildirib:
“Bəzi ölkələr vasitəçilik səylərinə başlayıblar. Onlara cavabımız aydındır: Biz regionda davamlı sülhə sadiqik, lakin ölkəmizin ləyaqətini və nüfuzunu müdafiə etməkdə heç bir tərəddüd etmirik. Vasitəçiliyin hədəfi İran xalqını qiymətləndirməməklə atəşi başladanlar olmalıdır”.