Modern.az

Xameneinin yaxın adamı öldürüldü

Xameneinin yaxın adamı öldürüldü

Dünya

6 Mart 2026, 21:31

İsrail ordusunun Tehranda həyata keçirdiyi dəqiq zərbə nəticəsində İranın ali lideri Əli Xameneinin ofisinin rəhbər müavini Əli Əsgər Hicazi öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə "Sky News"  İsrail mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Hicazi Xameneinin yaxın çevrəsində ən təsirli fiqurlardan biri hesab olunurdu. O, ali liderin ofisində təhlükəsizlik məsələlərinə nəzarət edir, rezidensiyanın qorunmasına cavabdeh idi və dövlət idarəetməsinin müxtəlif qolları ilə əlaqələri koordinasiya edirdi. İsrail mediası onun Xameneinin mümkün varisləri siyahısında da yer aldığını bildirib.

İsrail Müdafiə Qüvvələri bəyan edib ki, cümə günü İran ərazisində 400-dən çox hədəfə zərbələr endirilib. Hədəflər arasında ballistik raket buraxılış qurğuları və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər də olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada