Modern.az

İran Avropanı da təhdid etdi

İran Avropanı da təhdid etdi

Dünya

6 Mart 2026, 22:38

İran Avropa ölkələrini ABŞ və İsrailin Tehrana qarşı hərbi əməliyyatlarını dəstəkləməməyə çağırıb.

Modern.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi "France 24"  telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran Avropa dövlətlərini artıq bu məsələ ilə bağlı xəbərdar edib və onları münaqişəyə qoşulmamağa çağırıb. Taxt-Rəvançi bildirib ki, əgər hər hansı Avropa ölkəsi ABŞ və İsrailin İrana qarşı “aqressiyasına” dəstək verərsə, həmin ölkə də İranın cavab tədbirləri üçün qanuni hədəfə çevrilə bilər.

İran rəsmisi konkret ölkələrin adını çəkməyib, lakin Avropa dövlətlərini ehtiyatlı olmağa və müharibəyə qarışmamağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada