Modern.az

Oman İranın Azərbaycana hücum etməsindən narahatdır

Oman İranın Azərbaycana hücum etməsindən narahatdır

Dünya

6 Mart 2026, 23:50

“Omanın Xarici İşlər Nazirliyi dost Azərbaycan Respublikası ərazilərinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qalması, nəticədə xəsarət alanların olması və ziyan dəyməsi barədə yayılan xəbərlərdən dərin narahatlığını ifadə edir”.

 

Modern.az xəbər verir ki, bu barədə Oman XİN-in “X” hesabında məlumat yayılıb.

 

Bildirilib ki, Oman Sultanlığı dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən, mülki şəxsləri və mülki infrastrukturu təhlükə altına atan istənilən hərəkəti rədd etdiyini və pislədiyini bir daha təsdiqləyir.

 

“Oman Sultanlığı Azərbaycan Respublikası ilə həmrəy olduğunu bildirir, bütün tərəfləri təmkinli olmağa, habelə beynəlxalq hüquq normaları çərçivəsində dialoq və diplomatiyaya üstünlük verməyə çağırır”, - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran sərhədimizə QOŞUN YIĞIR - Sepah hərəkətə keçdi - Gündəm Masada