Modern.az

İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ

İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ

Dünya

Bu gün, 17:37

İranının iki nüfuzlu Ayətullahı İslam Respublikasının yeni Ali Liderinin seçkilərinin sürətləndirilməsini tələb edib.

Modern.az xəbər verir ki, bu barədə “Tasnim”in məlumatında deyilir.

Ayətullah Məkarim Şirazinin sözlərinə görə, bu vacib məsələnin vaxtında həlli milli hakimiyyəti gücləndirəcək və işlərin ümumi təşkilini yaxşılaşdıracaq.

Məkarim Şirazi Ekspertlər Şurasının üzvlərinə ünvanladığı mesajda sistem Ali Rəhbərin seçilməsini sürətləndirməyə çağırıb..

Öz növbəsində, Ayətullah Nuri Həmədani İranın yeni Ali Liderinin andiçmə mərasiminin sürətləndirilməsini gözlədiyini vurğulayıb.

Ayətullah Həmədani hesab edir ki, bu, "eyni zamanda düşməni məğlub etməyə və hazırda ölkə daxilində mövcud olan milli birlik və həmrəyliyi qorumağa, eləcə də İranı təcavüzkarlardan müdafiə edən güclü silahlı qüvvələri dəstəkləməyə" imkan verəcək.

O bununla bağlı Ekspertlər Şurasına müraciət edərək, təcili qərar verməyə çağırıb: “İnşallah, hamı bu qərara tabe olacaq”.

Martın 4-də İran Ekspertlər Şurası ölkəninyeni liderinin seçilməsi prosesinə başlayıb. Varislə bağlı yekun qərar Şura Katibliyi vasitəsilə elan ediləcək.

Ekspertlər Şurası dövlətin Ali Liderinin təyin edilməsindən məsul olan məsləhətçi orqandır. O, səkkiz illik müddətə seçilən 88 ruhanidən ibarətdir.

Ölkə Konstitusiyasının 111-ci maddəsinə əsasən, Ekspertlər Şurası mövcud liderin ölümü, istefası və ya vəzifədən kənarlaşdırılması halında mümkün qədər tez yeni lider təyin etməyə borcludur.

Xarici media mərhum Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneini Ali Lider vəzifəsi uğrunda mübarizədə aparıcı namizədlərdən biri kimi təqdim edir.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV