İran Körfəzdə tankerə hücum edib.
Modern.az "Iran International" xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, şənbə günü Marşal adaları bayrağı altında üzən tanker körfəzdə hücum dronunun zərbəsinə məruz qalıb.
Bundan sonra, Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) Səudiyyə Ərəbistanının Cubeyl şəhərindən 10 dəniz mili şimalda yerləşən körfəzdə baş verə biləcək mümkün hadisələrlə bağlı xəbərdarlıq edib.