Modern.az

İsrailin Livana hücumları - 294 nəfər ölüb

İsrailin Livana hücumları - 294 nəfər ölüb

Dünya

Bu gün, 20:57

Martın 2-dən bəri İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 294-ə çatıb.

Modern.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd olunub ki, İsrailin hücumları 1023 nəfərin yaralanmasına səbəb olub.

Təkcə İsrailin Livanın şərqində yerləşən Nəbi Şit qəsəbəsinə endirdiyi hava zərbələri nəticəsində azı 41 nəfər ölüb, 40 nəfər isə yaralanıb. Ölənlər arasında Livan ordusunun üç hərbçisi də var.

Daha əvvəl ölkənin səhiyyə naziri Nasir ad-Din "Al Mayadeen" televiziyasına verdiyi açıqlamada ölənlərin sayının 250-ni keçdiyini və 600-dən çox livanlının yaralandığını bildirmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran Bakıda bu yerləri partlatmaq istədi - DTX hərəkətə keçdi! - Xəbəriniz Var? - Media Turk TV