ABŞ Dövlət katibi Marko Rubio İranla bağlı hərbi əməliyyatların məqsədi barədə açıqlama verib.
Modern.az xəbər verir ki, o bildirib ki, İrana qarşı həyata keçirilən missiyanın məqsədi aydındır və əsas hədəflərdən biri ölkənin raket potensialını məhv etməkdir.
Onun sözlərinə görə, ABŞ hərbi qüvvələri eyni zamanda İranın dəniz qüvvələrini zərərsizləşdirməyə də çalışır.
“İran missiyasının məqsədi aydındır – raketləri məhv etməkdir. ABŞ hərbi qüvvələri də İranın dəniz qüvvələrini məhv etməyə çalışır”, – deyə dövlət katibi qeyd edib.
Marco Rubio əlavə edib ki, İranla münaqişə başa çatdıqdan sonra dünya daha təhlükəsiz olacaq.