Tramp administrasiyası “Müsəlman qardaşları”nın Sudan qolunu terror təşkilatı elan edərək, onu İrandan təlim və digər dəstək almaqda ittiham edib.
Modern.az-ın Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, bu, ABŞ-ın qrupun terror təşkilatı elan etdiyi dördüncü qoludur.
Dövlət Departamenti bildirib ki, Sudan qolu xüsusi təyin olunmuş qlobal terrorçu qrupu kimi təsnif ediləcək və 16 martda Konqresdə keçiriləcək müzakirələrdən sonra xarici terror təşkilatı adlandırılacaq. Bildirilib ki, qrup həm də mülki şəxslərin kütləvi edamlarına görə məsuliyyət daşıyır.