Modern.az

Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

Meksikanın İrandakı səfirliyi Bakıda fəaliyyət göstərəcək

Dünya

Bu gün, 19:45

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə diplomatlarının təxliyəsi davam edir. Bu gün axşam saatlarında Guillermo Alejandro Puente Ordorica Azərbaycan ərazisinə təhlükəsiz şəkildə təxliyə olunub.

Modern.az xəbər verir ki, səfir media nümayəndələrinə açıqlamasında Azərbaycanın dost ölkə olduğunu bildirib və Meksika ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin mövcud olduğunu qeyd edib:

"Hökumətim mənə göstəriş verib ki, səfirliyimizi Azərbaycan hökumətinin və Azərbaycanın Meksika səfirliyinin dəstəyi ilə burada yerləşdirək. Buna görə mən və komandam buradayıq. Göründüyü kimi, İranda vəziyyət mürəkkəbdir və bu bizim buraya gəlməyimizin səbəblərindən biridir.

Azərbaycan çox dost ölkədir. Meksika ilə Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər mövcuddur. Mən həqiqətən tez-tez Azərbaycana gəlirəm. İran səfirinin vəzifəsində olduğum illərdə də buraya bir neçə dəfə gəlmişəm. Lakin bu dəfə, dediyim kimi, komandamla birlikdə Bakıda işləməyə, İrandakı Meksika icmasına dəstək verməyə gəlmişəm. Ümid edirik ki, hazırda müşahidə etdiyimiz bu vəziyyət tezliklə sülh yolu ilə həllini tapacaq".

Qeyd edək ki, bundan əvvəl axşam saatlarında Meksikadan olan 7 diplomat və onların ailə üzvləri sərhəd-keçid məntəqəsi vasitəsilə təxliyə olunublar.

Sizə yeni x var
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...