Modern.az

İrandan atılan raketi NATO vurub - Ərdoğan

İrandan atılan raketi NATO vurub - Ərdoğan

Dünya

Bu gün, 20:03

Türkiyənin hava məkanı F-16 qırıcıları ilə qorunur və fevralın 28-dən hava hücumundan müdafiə (HHM) sistemləri də fasiləsiz fəaliyyət göstərir

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin sərhədləri ordunun 60 min şəxsi heyəti tərəfindən mühafizə edilir.

"Martın 4-də İrandan buraxılan və İraq ilə Suriya hava məkanını keçəndən sonra Türkiyəyə istiqamətlənən raket NATO tərəfindən zərirsizləşdirilib. İrana bununla bağlı bütün etirazlar çatdırılıb. Amma səmimi xəbərdarlıqlarımıza rəğmən, hələ də Türkiyənin dostluğunu çətinləşdirəcək təxribatçı addımlar atılır. Uzunmüddətli qonşuluq tariximizə kölgə salacaq problemlər yaşanmamalıdır. Biz daha çox qan tökülməsinə qarşıyıq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...