Modern.az

İrandakı əməliyyat başa çatanda dünya daha təhlükəsiz olacaq - Rubio

İrandakı əməliyyat başa çatanda dünya daha təhlükəsiz olacaq - Rubio

Dünya

Bu gün, 20:09

İrandakı əməliyyat başa çatdıqdan sonra dünya daha təhlükəsiz və daha yaxşı yer olacaq.

Modern.az xəbər verir ki bunu ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda keçirilən bir tədbirdə deyib.

Rubio İranı “dünyada terrorizmi dəstəkləyən əsas dövlət” adlandırıb. Onun sözlərinə görə, ABŞ və tərəfdaşlarının həyata keçirdiyi əməliyyatın məqsədlərindən biri İranın raket imkanlarını zəiflətməkdir.

O bildirib ki, əməliyyat çərçivəsində İran rejiminin raket buraxılış qabiliyyətinin, bu raketləri istehsal edən zavodların və hərbi donanmanın məhv edilməsi əsas hədəflər sırasındadır.

ABŞ dövlət katibi qeyd edib ki, bu məqsədə doğru irəliləyiş müşahidə olunur. Onun sözlərinə görə, hər gün İranın arsenalında daha az raket qalır, buraxılış qurğularının sayı azalır, raket istehsalı ilə məşğul olan zavodların fəaliyyəti zəifləyir və donanma zərərsizləşdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Xameneinin oğluyla bağlı XƏBƏRDARLIQ - Ona bir şey olsa...