Modern.az

ABŞ generalı İranı ciddi rəqib saymır

ABŞ generalı İranı ciddi rəqib saymır

Dünya

Bu gün, 16:47

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn İranla jurnalistlərin suallarını cavablandırıb. 

Modern.az-ın məlumatına görə, o açıqlamasında bildirib ki, İran qüvvələri döyüşür və buna hörmətlə yanaşır.

“Onlar döyüşürlər və mən buna hörmət edirəm. Amma düşünmürəm ki, onlar bizim əvvəlcədən ehtimal etdiyimizdən daha ciddi rəqibdirlər”, – deyə general qeyd edib.

General Den Keyn əlavə edib ki, ABŞ qüvvələri İranın hərbi imkanlarına qarşı əməliyyatları davam etdirir.

Onun sözlərinə görə, ABŞ hərbçiləri xüsusilə Hörmüz boğazından sərbəst və davamlı hərəkəti təmin etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinə və onların imkanlarına zərbələr endirməyi davam etdirir.

Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı dəniz minalarının yerləşdirilməsi ilə məşğul olan gəmilərə qarşı əməliyyatlar aparır.

General bildirib ki, tərəflər taktiki baxımdan uyğunlaşmağa çalışır:

“İranlılar uyğunlaşırlar – biz də. Lakin biz onlardan daha sürətli uyğunlaşırıq”.

Onun sözlərinə görə, ABŞ-ın B-2 bombardmançıları İranın yeraltı raket bazalarına və pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı obyektlərə zərbələr endirib.

General həmçinin qeyd edib ki, müharibənin başlanmasından bəri İrandan həyata keçirilən raket buraxılışlarının sayı 90 faiz azalıb, pilotsuz uçuş aparatları ilə hücumlar isə 83 faiz aşağı düşüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada