Modern.az

Ter-Petrosyan Paşinyanı satdı - rusiyalı milyarderə qoşuldu

Ter-Petrosyan Paşinyanı satdı - rusiyalı milyarderə qoşuldu

Dünya

Bu gün, 16:52

Ter-Petrosyan müxalifəti Karapetyan ətrafında birləşməyə səsləyib.

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, Ermənistanda parçalanmış müxalifəti bir araya gətirə biləcək yeganə siyasi fiqur “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyandır.

Bu çağırış Ermənistanda rusiyameylli müxalifətin iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi üç fərqli siyasi düşərgəni birləşdirərək hakimiyyətə gəlmək imkanlarını müzakirə etdiyi bir vaxtda səsləndirilib. Bu ssenari şərti olaraq “Gümrü-2” planı kimi dəyərləndirilir.

Erməni Milli Konqresinin lideri olan Ter-Petrosyan müxalif düşərgədə vəziyyəti qiymətləndirərək qeyd edib ki, aylarla davam edən danışıqlar heç bir razılaşma ilə nəticələnməyib.

“Son nəticədə başa düşmək lazımdır ki, müxalifətin birləşməsi siyasi məsələ deyil, millətin xilası məsələsidir. Karapetyan özünü təmin edən və formalaşmış şəxsiyyət kimi bu problemi həll edə bilər”, – deyə o vurğulayıb.

Qeyd olunub ki, Ermənistan Milli Konqresi də parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Partiya baş nazir postuna namizəd kimi Levon Zurabyanın irəli sürüldüyünü bildirib. Samvel Karapetyan Rusiyada "Taşir" şirkətinin sahibi və milyarder kimi tanınır. O. Ermənistan baş naziri olmağa iddialıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada