Modern.az

İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri

İran bu gün darmadağın ediləcək! - Pentaqon rəhbəri

Dünya

Bu gün, 17:13

ABŞ müharibə naziri Pet Heqset bildirib ki, bu gün İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda indiyədək olan hücumlarla müqayisədə ən intensiv zərbələr endiriləcək.

Modern.az xəbər verir ki, Pentaqon rəhbəri əməliyyatların planlaşdırılan şəkildə davam etdiyini və birləşmiş qüvvələrin strateji hədəflərə qarşı fəaliyyətini gücləndirdiyini vurğulayıb.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn isə bildirib ki, koalisiya qüvvələri üç əsas məqsədə fokuslanıb. Onun sözlərinə görə, ilk məqsəd İranın raket və pilotsuz uçuş aparatlarının imkanlarını ABŞ və müttəfiqlərinin maraqlarını təhdid etməzdən əvvəl məhv etməkdir. İkinci istiqamət İranın hərbi-dəniz qüvvələrinə zərbələr endirərək onların potensialını zəiflətmək, üçüncü məqsəd isə İran rejiminin ABŞ və tərəfdaşlarına qarşı gələcək illərdə hücum imkanlarını aradan qaldırmaqdır.

General qeyd edib ki, əməliyyatların başlanmasından bu yana İranın ballistik raket hücumlarının sayı təxminən 90 faiz azalıb. O həmçinin bildirib ki, ABŞ qüvvələri dəniz minalarının yerləşdirilməsi üçün istifadə oluna biləcək İran raketlərini də hədəfə alır.

Dan Keyn vurğulayıb ki, həyata keçirilən əməliyyatlar çətin və yorucu prosesdir, lakin o, birləşmiş qüvvələrin kampaniya boyunca nümayiş etdirdiyi fəaliyyət və nəticələrlə qürur duyduğunu bildirib.

Sizə yeni x var
Keçid et
Türkiyə İranla sərhədə 60 minlik qoşun yığdı - Gündəm Masada