Livanda İsrailin həyata keçirdiyi hücum nəticəsində dörd iranlı diplomat həlak olub.
Modern.az xəbər verir ki, bu barədə İranın dövlət mediası məlumat yayıb.
İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib ki, diplomatlar bazar günü baş verən İsrail hücumu zamanı öldürülüb.
Hadisə Livan ərazisində qeydə alınıb, lakin hücumun dəqiq yeri və ölən diplomatların kimliyi barədə hələlik əlavə məlumat verilməyib.