İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır.
Modern.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu və hökumət müşaviri Yusif Pezeşkian bildirib.
Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneinin xəsarət alması ilə bağlı xəbəri eşidib, onun yaxınları ilə əlaqə saxlayıb.
"Müctəba Xameneinin yaralandığı xəbərini eşitdim. Xəbərdar olan bəzi dostlarımla əlaqə saxladım. Onlar mənə dedilər ki, Allaha şükür ki, sağ-salamatdır", - Yusif Pezeşkian Telegram-da yazıb.
Bir müddət əvvəl "Nyu-York Tayms" mənbələrə istinadən Müctəba Xameneinin İsrail və ABŞ-ın İrana qarşı hərbi əməliyyatının başladığı 28 fevralda yaralandığını bildirmişdi.
Müctəba Xamenei İsrail və ABŞ-ın zərbələrində öldürülən İranın əvvəlki Ali Lideri Ayətullah Əli Xameneinin oğludur. 57 yaşlı Müctəba Xamenei 9 martda İranın yeni Ali Rəhbəri seçilib.