İran İslam Respublikasına qarşı hücumların həyata keçirildiyi Yaxın Şərqdəki ABŞ bazalarına zərbələrin endirilməsi davam edəcək.
Modern.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.
İranın dövlət televiziyası prezidentin sözlərini sitat gətirib.
Pezeşkian həmçinin beynəlxalq ictimaiyyəti və təşkilatları İrana qarşı müharibənin arxasında duranları araşdırmağa çağırıb və qeyd edib ki, bu məqama məhəl qoymamaq dünya nizamını və təhlükəsizliyi formalaşdıran şərtlərə təsir edəcək, xaosa və qeyri-sabitliyə səbəb olacaq.