Modern.az

Hörmüz boğazında 15 türk gəmisi var

Hörmüz boğazında 15 türk gəmisi var

Dünya

Bu gün, 13:48

Hörmüz boğazında Türkiyəyə məxsus 15 gəmi var.

Modern.az xəbər verir ki, bu barədə nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Uraloğlu qeyd edib ki, gəmilərin bütün heyətləri və personalı ilə daim əlaqədədirlər:

"Onlar hazırda gözləmə nöqtəsindədirlər. Yalnız orada olduqları üçün bəzi narahatlıqlar yaşayırlar. Ehtiyaclarının ödənilməsində isə heç bir problem yoxdur. Vəziyyəti yaxından izləyirik. Hörmüz boğazında tıxac azalarsa, ümid edirik ki, onları da oradan çıxara biləcəyik".

Ərazidə gəmilərə hər hansı hücum və ya ziyan dəyib-dəymədiyi ilə bağlı suala isə Uraloğlu belə cavab verib: "Hazırda yox. Vətəndaşlarımızdan, gəmilərimizdən və ya təyyarələrimizdən heç biri təsirlənməyib".

Sizə yeni x var
Keçid et
Xamenei ölməyib, KOMADADIR! - Pezeşkianın oğlundan şok açıqlama