Amerika-İsrail hücumları nəticəsində İranda 216 qadın və 18 yaşdan kiçik 198 uşaq həlak olub.
Modern.az xəbər verir ki, “Tasnim”in məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani bildirib.
Onun sözlərinə görə, indiyə qədər 216 qadın, 18 yaşdan kiçik 198 və 5 yaşdan kiçik 11 uşaq həlak olub. Hücumda öldürülən ən kiçik uşaq 8 aylıq qız uşağı olub. Hücumlarda yaralanan ən kiçik uşağın da 4 aylıq qız uşağı olduğu bildirilib.
Tibb mərkəzlərinə dəyən ziyana toxunan Mühacirani deyib ki, indiyə qədər 21 təcili yardım bölməsi zədələnib və 3 bölmə tamamilə məhv edilib. Səhiyyə sektorunda ölənlərin sayı da 12-yə çatıb.